Dünya qərara gəldi ki, Rusiyanı bitirmək lazımdır - Putin
04 May 2025, 22:12
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
969
11.02.2025, 12:41
Ermənistanın Baş naziri Nikol Paşinyanın "Armenpress"ə müsahibəsi dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyanın “Armenpress” məqaləsində iddiaları ilə bağlı şərhində bildirilib.
Ermənistan baş nazirinin 10 fevral 2025-ci il tarixində “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.
Maraqlıdır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik hərbi işğaldan əlavə, Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayan ölkəni təmsil edir.
44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir.
Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq, Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir.
Həmçinin oxuyun
Bundan əlavə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbit edilmiş qayıdış hüququna əsaslanaraq əsas məqsədləri qovulduqları torpaqlara təhlükəsiz və ləyaqətlə qayıdış olan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddiaları tamamilə əsassızdır. Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə, o cümlədən İcmanın bəyan edilmiş məqsədlərinin yanlış təfsir edilməsi ilə bu hüququ danması, bir daha bu ölkənin siyasətinin bir vaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkil etdiyi Ermənistanda hazırda azərbaycanlıların olmamasına gətirib çıxaran qəddarlığının səviyyəsini nümayiş etdirir.
Təəssüf ki, Ermənistan baş nazirinin 2022-ci il Praqa görüşünə, 1991-ci il Almatı Bəyannaməsinə, sülh sazişi layihəsinin Ermənistanın həqiqətən Azərbaycana qarşı heç bir iddiasının olmadığını və olmayacağını təsbit etmək üçün nəzərdə tutulan bəndlərinə istinadlar məhz cənab Paşinyan tərəfindən bir neçə ay sonra, 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərindəki qondarma rejimin “müstəqilliyi” ilə bağlı təbrik mesajı göndərilən zaman, habelə Ermənistanın Konstitusiyasında yer alan ərazi iddialarına və Almatı Bəyannaməsinə qoşulan zaman edilmiş qeyd-şərtlərə göz yumması nəticəsində heçə endirilib.
Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.
Üstəlik, Ermənistan öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması sahəsində əməli addımlar atmaq əvəzinə, diqqəti bu prosesdən yayındırır. Bu istiqamətdə, praktiki addımlarla irəliləmək əvəzinə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan təkliflər irəli sürməsi anlaşılmazlıqlara gətirib çıxarır və reallıqları təhrif edir.
Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarət mexanizmlərinin yaradılmasına gəldikdə isə, 30 ildən artıq müddətdə Ermənistanın özünün iştirak etdiyi silahlara nəzarət mexanizmlərini kobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika və silahlarının böyük hissəsini beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi, onları bizim ərazilərimizdə qanunsuz yerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cür yanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticə çıxarmağa imkan verir.
Biz qətiyyətlə Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq.
23:59 / 04 May 2025
Azərbaycan vətəndaşı Rusiyada faciəvi şəkildə həlak oldu - FOTO
45
23:55 / 04 May 2025
Bu yolda sürət həddi endirildi
85
23:48 / 04 May 2025
Xaçmazda 73 yaşlı kişi intihar edib
40
23:38 / 04 May 2025
Moskvada yaşayış binasında güclü partlayış - Yaralılar var
41
22:12 / 04 May 2025
Dünya qərara gəldi ki, Rusiyanı bitirmək lazımdır - Putin
161
21:35 / 04 May 2025
Putin soyuducusunun içini göstərdi - VİDEO
182
21:15 / 04 May 2025
Ağır qəza baş verib - Yaralılar var
513
21:11 / 04 May 2025
AZAL İsrailə uçuşları dayandırıb?
85
20:33 / 04 May 2025
SON DƏQİQƏ! DİN bəyanat yaydı
1437
19:15 / 04 May 2025
Azərbaycan mədəniyyətinə ağır itki - FOTO
1755
18:07 / 04 May 2025
Onkoloqların tövsiyə etdiyi xərçəng əleyhinə səhər yeməyi
114
17:39 / 04 May 2025
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
384
15:54 / 04 May 2025
Günəşdən gələn təhlükə - Yeni araşdırma həyəcan siqnalı verir
195
15:54 / 04 May 2025
Si Cinpin Rusiyaya gedir
132
15:25 / 04 May 2025
Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı, deport edilir
152
14:00 / 04 May 2025
Leysan,dolu,qar - Əhaliyə xəbərdarlıq
571
12:38 / 04 May 2025
“Vladimir Putin məndən xahiş etdi ki, dəvəti sizə çatdırım”
148
11:39 / 04 May 2025
Bu adamlara pomidor yemək qətiyyən OLMAZ...
201
10:59 / 04 May 2025
İsrail Türkiyə gəmisini VURDU
186
10:36 / 04 May 2025
May ayının bu günləri ilə bağlı VACİB XƏBƏRDARLIQ
659
10:33 / 04 May 2025
Kartdan oğurlanan pulları 1 saat ərzində qaytarmaq mümkündür -VİDEO
260
10:29 / 04 May 2025
Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
179
10:17 / 04 May 2025
Toyda faciə yaşandı:Yaralı var
1077
10:12 / 04 May 2025
Ekstrasensdən QORXUNC XƏBƏRDARLIQ
272
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.